...

Avstraliyalı idmançı: Milli Gimnastika Arenasında məşq üçün lazım olan hər şey var

İdman Materials 30 Oktyabr 2018 18:35 (UTC +04:00)
Avstraliyanın batut gimnastikası üzrə komandasının üzvü Dominik Klark Bakı Gimnastika Arenasınını köməkçi zalında təlim-məşq toplanışlarının keçməsindən razıdır
Avstraliyalı idmançı: Milli Gimnastika Arenasında məşq üçün lazım olan hər şey var

Bakı. Ləman Zeynalova, Cani Babayeva - Trend:

Avstraliyanın batut gimnastikası üzrə komandasının üzvü Dominik Klark Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışları keçmələrindən razıdır.

Bunu gimnast Trend-ə müsahibəsində deyib. İdmançı bildirib ki, burada gimnastların məşqi üçün yaxşı şərait yaradılıb:

"Milli Gimnastika Arenasının yaxınlığında atletlər kəndinin olması idmançılar üçün çox rahatdır”.

Avstraliyalı gimnast vurğulayıb ki, Milli Gimnastika Arenası təkcə möhtəşəm zala malik deyil, həm də binanın xarici görünüşü çox gözəl və orijinaldır:

“Zal məşq üçün lazım olan bütün zəruri avadanlıqla təchiz olunub. Sizin yüksək səviyyəli çoxlu idmançılarınız var. Ona görə də biz məşq üçün Milli Gimnastika Arenasını seçdik və Bakıya gəldik”.

Qeyd edək ki, Avstraliyanın batut gimnastikası üzrə komandasının üzvləri noyabrda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək dünya çempionatı ərəfəsində Bakıda təlim-məşq toplanışlarında iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti