...

İtaliya A Seriyası: “Milan” doğma meydanda “Yuventus”a məğlub oldu (VİDEO)

İdman Materials 12 Noyabr 2018 05:40 (UTC +04:00)
İtaliya A Seriyasının 12-ci turu çərçivəsində “Milan” doğma meydanda “Yuventus”u qəbul edib
İtaliya A Seriyası: “Milan” doğma meydanda “Yuventus”a məğlub oldu (VİDEO)

Bakı. Tural Turan - Trend:

İtaliya A Seriyasının 12-ci turu çərçivəsində “Milan” doğma meydanda “Yuventus”u qəbul edib. Trend-in məlumatına görə, oyun qonaqların qələbəsi ilə başa çatıb.

8-ci dəqiqədə xorvat hücumçu Mancukiç hesabı açıb – 0:1. 81-ci dəqiqədə Ronaldu hesabı artırıb – 0:2.

41-ci dəqiqədə “Milan”ın hücumçusu İquain penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 84-cü dəqiqədə isə ikinci sarı vərəqə alaraq meydandan qovulub və komandasını azlıqda qoyub.

“Yuventus” 34 xalla turnir cədvəlinə rəhbərlik edir, “Milan” isə 21 xalla 5-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti