...

Belarus gimnastı: Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunun təşkilatçılığı çox yüksəkdir

İdman Materials 17 Noyabr 2018 14:01 (UTC +04:00)
Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda bizim əsas rəqiblərimiz Rusiya gimnastlarıdır
Belarus gimnastı: Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunun təşkilatçılığı çox yüksəkdir

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda bizim əsas rəqiblərimiz Rusiya gimnastlarıdır.

Bunu Trend-ə Belarus gimnastı Veronika Nabokina deyib.

O, komandanın çıxışı barədə danışıb: “Bizim çıxışımız normal keçdi, proqramımız yenidir. Əlbəttə, daha yaxşı çıxış etmək olardı”.

Gimnast Bakıda davam edən turnirin yüksək təşkilatçılığını qeyd edib:

“Bakıya ikinci dəfədir gəlirik. Biz burada Avropa Oyunlarında iştirak etmişik. Dünya Kubokunun təşkilatçılığı çox yüksəkdir. Azarkeşlər dəstəyini əsirgəmir, hər şey çox rahatdır”.

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti