...

Seymur Cəfərov: Bizim yaxşı çıxış etmək və yüksək yerlər tutmaq şansımız var

İdman Materials 17 Noyabr 2018 15:51 (UTC +04:00)
Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda Murad Əkpərovla cütlükdə çıxış edən Seymur Cəfərov çıxışlarını normal qiymətləndirib
Seymur Cəfərov: Bizim yaxşı çıxış etmək və yüksək yerlər tutmaq şansımız var

Bakı. Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda Murad Əkpərovla cütlükdə çıxış edən Seymur Cəfərov çıxışlarını normal qiymətləndirib.

Bu barədə Trend-ə gimnast özü deyib.

O bildirib: “Normal çıxış etdik, bir qədər səhvlərimiz oldu. Bu, bizim birinci çıxışımız idi, ikincidə hər şeyi daha yaxşı edəcəyik. Məşqçimiz də bizim hiss etdiyimiz səhvləri bizə bildirdi”.

S.Cəfərov bildirib ki, onlar daha yaxşı çıxış edə bilərlər:

“Bizim yaxşı çıxış etmək və yüksək yerlər tutmaq şansımız var”.

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti