...

"Tottenhem" 3:1 hesabı ilə "Çelsi"yə ilk məğlubiyyətini yaşadıb

İdman Materials 25 Noyabr 2018 01:35 (UTC +04:00)
"Çelsi" futbol klubu İngiltərə Çempionatının 13-cü turu çərçivəsində səfərdə "Tottenhen" komandasına 1:3 hesabı ilə məğlub olub.
"Tottenhem" 3:1 hesabı ilə "Çelsi"yə ilk məğlubiyyətini yaşadıb

Bakı. Trend:

"Çelsi" futbol klubu İngiltərə Çempionatının 13-cü turu çərçivəsində səfərdə "Tottenhen" komandasına 1:3 hesabı ilə məğlub olub.

Trend-in məlumatına görə, qalib komandanın heyətində Dele Alli (8-ci dəqiqə), Harri Keyn (16-cı dəqiqə) və Son Hın Min (54-cü dəqiqə) fərqləniblər. "Çelsi"nin yeganə qolunu isə 50-ci dəqiqədə Olivye Jiru vurub.

"Tottenhem" qələbə qazanaraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib (30 xal). "Çelsi" isə ilk məğlubiyyətini yaşayıb və 28 xalla 4-cü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti