...

AFFA "Neftçi"nin idman direktorunu qismən bağışladı – Hakimləri təhqir etmişdi

İdman Materials 15 Dekabr 2018 14:45 (UTC +04:00)
AFFA "Neftçi"nin hakimləri təhqir edən idman direktorunu qismən bağışlayıb.
AFFA "Neftçi"nin idman direktorunu qismən bağışladı – Hakimləri təhqir etmişdi

Bakı. Trend:

AFFA "Neftçi"nin hakimləri təhqir edən idman direktorunu qismən bağışlayıb.

Trend-in məlumatına görə, qurumun Apellyasiya Arbitraj Tribunalının qəbul etdiyi yeni qərarla “Neftçi” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib.

Belə ki, AFFA İntizam Komitəsinin 4 dekabr 2018-ci il il tarixli qərarı ilə 1 dekabr 2018-ci ildə, 2018/2019 mövsümündə, XXVII Premyer Liqanın XIII turu çərçivəsində keçirilən “Sabah” - “Neftçi” oyunu ilə bağlı “Neftçi” PFK-nın idman direktoru Ceyhun Sultanovun kütləvi informasiya vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə cəzalandırıldığı oyun sayı 10-dan 5-ə, kluba tətbiq olunan cərimə 16 min manatdan 8 min manata endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti