...

Nikola Yurçeviç futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub (FOTO)

İdman Materials 11 Fevral 2019 20:02 (UTC +04:00)
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Nikola Yurçeviç futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Trend bu barədə AFFA-nın saytına istinadən məlumat verir.

AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirlimiş iclasda qəbul olunan qərara əsasən Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

Milan Obradoviç – Azərbaycan U-2, Samir Əliyev – Azərbaycan U-19, Miloş Velebit – Azərbaycan U-15, U-16 yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunub.

Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti