...

Avropa Liqasında 1/8 finalın püşkü atılıb

İdman Materials 22 Fevral 2019 16:31 (UTC +04:00)
Avropa Liqasında 1/8 finalın püşkü atılıb.
Avropa Liqasında 1/8 finalın püşkü atılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, bu mərhələdə İspaniya 3, İngiltərə, İtaliya və Rusiya 2, Almaniya, Portuqaliya, Fransa, Ukrayna, Avstriya, Çexiya və Xorvatiya isə 1 komanda ilə təmsil olunacaq.

Püşkün nəticəsi:

"Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)
"Ayntraxt" (Almaniya) - "İnter" (İtaliya)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya)
"Napoli" (İtaliya) - "Zalsburq" (Avstriya)
"Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya)
"Sevilya" (İspaniya) - "Slaviya" (Çexiya)
"Arsenal" (İngiltərə) - "Renn" (Fransa)
"Zenit" (Rusiya) - "Vilyareal" (İspaniya)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-si, cavab görüşləri isə 14-də keçiriləcək.

Xatırladaq ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti