Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
Trend-in məlumatına görə, Portuqaliyanın "Portu" klubu doğma meydanda İtaliyanın "Roma" klubunu qəbul edib.
Oyunun əsas vaxtı ev sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ötən oyundada "Roma"nın anoloji hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtdada ev sahibi rəqibindən güclü olmağı bacarıb. Oyun ev sahibinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: T.Soares (26-cə dəqiqə), D. De Rossi (37-ci dəqiqə), M.Mareqa (52-ci dəqiqə), A.Telles (117-ci dəqiqə, penalti).
Beləliklə, "Portu" 1/4 final mərhələsinə yüksəlib.
Digər oyun Fransanın "PSJ" klubu və İngiltərənin "Mançester Yunayted" klubu arasında keçirilib. "PSj"-nin meydanın keçirilən oyun qonaqların 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: R.Lukaku (2-ci və 30-cu dəqiqələr), X.Bernat (12-ci dəqiqə), M.Reşford (90+4-cü dəqiqə, penalti).
İlk oyun "PSJ"nin 2:0 qalib gəlməsinə baxmayaraq səfərdə daha çox qol vuran tərəf kimi "Mançester Yunayted" 1/4 final mərhələsinə vəsiqə qazanıb.