Avropa Gənclər Olimpiya oyunlarına 100 gün qalmış məşəl Romadan Azərbaycana ötürüldü (FOTO)

Avropa Gənclər Olimpiya oyunlarına 100 gün qalmış məşəl Romadan Azərbaycana ötürüldü (FOTO)

Bakı. Trend:

12 Aprel 2019-cu il tarixdə İtaliyanın paytaxtı Roma şəhərində bizim eranın 9-cu əsrində Dostluq və Qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində 2019-cu il 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalınının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri baş tutdu.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Gənclər Festivalına məsul digər rəsmilər təmsil edirdi.

Proqrama əsasən ilk olaraq media nümayəndələri üçün nazir Azad Rəhimov, MOK vitse prezidenti Çingiz Hüseynzadə, AOK-nin prezidenti Janez Koçijançiç, AOK Koordinasiya Komissiyasının sədri Corce Vizaski, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqonun iştirakı ilə mətbuat konfranası keçirildi.

Müxtəlif media qurumlarının iştirakı ilə baş tutan mətbuat konfransında Bakıda iyul ayında gerçəkləşəcək 15-ci Avropa Olimpiya Gənclər Festivalına hazırlıq prosesi, görülmüş işlər və nəzərdə tutulan planlarla bağlı suallar verilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycan bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş və kifayət qədər yüksək təcrübəyə malik bir ölkədir. Bildirildi ki, 15-ci Avropa Olimpiya Gənclər Festivalı 21 aprel tarixindən Bakıda start götürəcək və oyunlar üçün yeni idman arenaları tikilməyəcək. İdmançılar 12 idman qurğusunda 10 idman növündə mübarizə aparacaqlar. Bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş Crystal Hall bu il açılış mərasinin keçiriləcəyi məkan olacaq. Eyni zamanda, media nümayəndələrinə Avropa Olimpiya Gənclər Festivalının loqosu, daşıdığı məna, bununla yanaşı, maskotlar: cırtdan və Qafqaz bəbiri haqda da məlumat verildi. Artıq könüllülərin seçiminin bitdiyi, onlar üçün təlimlərin başlanıldığı, 3600 könüllünün yarışlara cəlb olunduğu və oyunlara hazırlıqla bağlı digər məqamlar diqqətə çatdırıldı.

AOK-nin prezidenti Janez Koçijançiç Azərbaycanın bu oyunlara çox yüksək səviyyədə hazırlaşdığını və Avropa Olimpiya Gənclər Festivalının möhtəşəm şəkildə gerçəkləşəcəyinə əminliyini bildirdi.

Daha sonra tədbirin rəsmi açılış mərasiminə start verildi. Çıxış edən gənclər və idman naziri Azad Rəhimov məhz bu gündən etibarən yarşlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və sülh rəmzlərini özündə daşıyan tarixi Ara Pasis muzeyində gerçəkləşməsinin xüsusi məna daşıdığını diqqətə çatdırdı. Nazir Azad Rəhimov 2018-ci ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncam əsasında "Bakı 2019" Təşkilat Komitəsinin yaradıldığını tədbir iştirakçılarına bildirdi.

Nazir Azad Rəhimov çıxışında deyib: "Azərbaycan bütün dünyada sönməz odu, Yanar dağı ilə məşhurdur. Əbəs yerə ölkəmizi ""Odlar diyarı" adlandırmırlar. Bu gün oyunların məşəlinin məhz bizə, Azərbaycana ötürülməsi idman alovunun daha da gur yanması, gənclərin ürəyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir. Bu gecə oyunlaırn məşəli qədim Romadan, tarixi Bakıya, Odlar diyarına gedəcək. Eyni zamanda, Qədim Zeytun Ağacı da, Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla, Avropa Gənclər Olimpiya Festivalının dərin köklərini nümayiş etdirmiş olur."

Çıxışının davamında nazir Bakının 15-ci Avropa Gənclər Olimpiya festivalına hazırlıqları barədə məlumat verib, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş mötəbər idman tədbirləri haqda da qısaca söz açıb.

Proqramın davamı olaraq, sülhün rəmzi olan Zeytun ağacı AOK-nin rəsmiləri tərəfində Azərbaycan nümayəndə heyətinə təqdimat edilib.

Bununla yanaşı, təqdimat mərasimində Fərid Mansurov (Yunan roma güləşi. Olimpiya çempionu 2004, Dünya çempionu 2007, 2009), cüdoçu Kəramət Hüseynov (2017, U23 Avropa çempionatı bürünc medal və 2018 Böyüklər arasında Avropa kuboku, bürünc medal) və voleybolçu Raziyə Əliyeva (2018 Yeniyetmələr arasında Voleybol çempionatı, qizil medal) iştirak ediblər.

Daha çox, nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Yanez Kojancicə, o isə gənc Raziyə Əliyevaya təqdim etdi.

Əlavə olaraq bildirək ki, Romaya səfəri çərçivəsində nazir Azad Rəhimov Mədəniyyət üzrə Pontifik Şurasının sədri Kardinal Gianfranko Ravasi ilə görüşüb. Görüş çərçivəsində Vatikan tərəfindən tezliklə yaradılacaq İdman Assosiasiyası "Atletiko Vatican" ilə əməkdaşlığın qurulması, Pontifikin Mədəniyyət Şurasının Gənclər Təşkilatı, Pontifikin Mədəniyyət Şurasının nəzdində fəaliyyət göstərən Ərəb və İslam Sivilizasiyası tətqiqi İnstitutu ilə Azərbaycanın müvafiq elm və təhsil sahəsində əməkdaşlığının təşkili, hər iki ölkənin gənc arxeoloqlarının təcrübə mübadiləsi proqramlarının qurulması məsələləri müzakirə olundu.

Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb
Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib
Bir ildə Azərbaycanda 7600-dən çox şəxs insultdan ölüb - Nazirlik
Ağcabədidə 40-dan çox qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb (FOTO)
Bakıda tanışını vuraraq xəsarət yetirən şəxs tutulub
Belarus səfirliyi Azərbaycana başsağlığı verib
Helikopter qəzasında şəhid olanların cənazələri ailələrinə təhvil verilir (FOTO/VİDEO)
Rusiya səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Britaniya səfiri Tərtərdə minatəmizləmə işləri ilə tanış olub (FOTO)
ABŞ səfiri Azərbaycana başsağlığı verib
Azərbaycan nefti ucuzlaşıb
Ötən gün toylarda karantini pozan 9 nəfər cərimələnib
Laçın Şərqi Zəngəzurun ən abad guşələrindən birinə çevriləcək - Kamaləddin Qafarov
Beyləqanda polis güllələndi
Ceyhun Bayramov ATƏT xarici işlər nazirlərinin iclasında iştirak edəcək
Masallıda evdən çıxan iki koronavirus xəstəsi saxlanılıb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Göygöldə “fizika müəllimi” və cinayətkar dəstəsi saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanın neft ixracı azalıb
Ötən gün borca görə 49 nəfər saxlanılıb
Ötən gün küçədə 8 koronavirus xəstəsi aşkarlanıb
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb (FOTO)
Laçına suyun verilməsi təmin edilib
"Omikron" ştammı yoluxmaları artıra bilər - İnfeksionist
Göygöldə “fizika müəllimi” və cinayətkar dəstəsi ifşa edilib (FOTO)
NASA astronavtlarının açıq kosmosa çıxma tarixi məlum olub
Braziliyada "omikron" ştammının ilk halları təsdiqlənib
ABŞ-da mütəxəssislər COVID-19-a qarşı dərmanın istifadəsinə icazə verməyi tövsiyə edib
Meksikanın şərqində qaz partlayışı olub, yaşayış binası tamamilə dağılıb
ABŞ-da məktəbdə atışma nəticəsində xəsarət alanların sayı 8-ə çatıb
ÜST xaricə səyahətə tam qadağa ilə "omikron" ştammını dayandırmağı qeyri-mümkün hesab edib
Avropada "omikron" ştammı ilə 44 yoluxma halı qeydə alınıb
ABŞ-da məktəbdə atışma olub, 3 nəfər həlak olub
Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı - Selcuk Bayraktar
Aİ nümayəndəliyinin rəhbəri helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib
Laçının işğaldan azad edilməsindən bir il ötür (VİDEO)
Türkdilli ölkələrin əlaqələri yeni mərhələdə (VİDEO)
İtaliyanın Azərbaycandakı səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
Brüssel görüşündən gözləntilər nələrdir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
STAR neft emalı zavodu idxalını azaldıb
Qəzaya uğrayan helikopter 24 nəfərlik olub
Güclü duman səbəbindən AZAL-ın təyyarəsi hava limanına qayıtmağa məcbur olub
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb
“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb
Fransanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycan qaz ixracını 34 faiz artırıb
Britaniya səfiri helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Bu il dünya ticarəti 23 faiz artacaq - BMT
Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin mütəxəssisləri üçün imtahan keçirilib (FOTO)
Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz - Elçin Quliyev
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı müvafiq tapşırıqlar verib
Prezident İlham Əliyev helikopterin qəzaya uğraması ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırıb
Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək - DSX rəisi (VİDEO)
İran XİN helikopter qəzası ilə bağlı ölkəmizə başsağlığı verib
Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib (FOTO/VİDEO)
Helikopter qəzası ilə bağlı yaradılan istintaq qrupu Sənan Paşayevin icraatına verilib
Mətbuat Şurası Tofiq Yusifin vəfatı ilə bağlı nekroloq yayıb
Milli Məclisdə narkomaniya ilə mübarizəyə dair dinləmə keçirilib (FOTO)
Helikopter qəzası ilə bağlı şahidlər dindirilir - Baş Prokurorluq
Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib
Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb
İsrail səfiri Azərbaycana başsağlığı verib
Əlaqələndirmə Qərargahının ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib (FOTO)
Helikopterin qəzaya uğramasında hər hansı kənar müdaxilənin olması istisna edilir - Baş Prokurorluq
600 min manatı Şamxal Həsənliyə vermişəm - Vüqar Səfərlinin məhkəməsindən
Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə başsağlığı verib
Daha 4 müəssisədə pozuntular aşkarlanıb
Binəli Yıldırım helikopter qəzası ilə bağlı başsağlığı verib
Dekabrın 1-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda mülki geyimli polislər maskadan istifadə etməyənlərə qarşı reydlər keçirib (VİDEO)
Prokuror Zakir Sultanova 12 il cəza istədi
“Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib (FOTO)
Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır - Hərbi ekspert
Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub (FOTO)
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub
Bəzi avtobusların hərəkət sxemlərində dəyişiklik edildi
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Lənkəranda “EU4Lankaran” proqramının rəsmi açılış mərasimi olub
Hərbi helikopterin qəzaya uğradığı yerdən görüntülər (FOTO/VİDEO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 678 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb
Azərbaycan dili fənni üzrə sınaq imtahanı keçiriləcək
İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Helikopter qəzasında 14 nəfər həlak olub - ADLAR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
İşğaldan azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin iştirakı barədə müzakirə aparılıb (FOTO)
Paşa Bankın onlayn biznes krediti zirvədədir!
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib (FOTO)
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA
Türkiyə və Rusiyadakı soyuq hava siklonları Azərbaycana təsir edəcək? - AÇIQLAMA
Bütün xəbərlər