...

Gimnastlarımız 2-ci Avropa Oyunlarına lisenziya əldə etmək şansı qazanıblar

İdman Materials 13 Aprel 2019 17:41 (UTC +04:00)
Gimnastlarımız 2-ci Avropa Oyunlarına lisenziya əldə etmək şansı qazanıblar.
Gimnastlarımız 2-ci Avropa Oyunlarına lisenziya əldə etmək şansı qazanıblar

Bakı. Trend:

Polşanın Şçeçin şəhərində artıq bir neçə gündür idman gimnastikası üzrə Avropa Çempionatı keçirilir.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 38 ölkənin iştirak etdiyi qitə birinciliyində ölkəmizi kişilər arasında Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınların yarışında isə Marina Nekrasova təmsil ediblər.

Çempionatın çoxnövçülük finalına vəsiqə qazanmış millimizin üzvləri İvan və Marina dünən baş tutan final mərhələsində öz güclərini sınayıblar. Təmsilçilərimiz müvafiq olaraq, 78.665 xalla 21-ci və 48.465 xalla 23-cü yerdə qərarlaşıblar.

Həmçinin, gimnastlarımız bu il Minskdə baş tutacaq (Belarus) 2-ci Avropa Oyunlarına lisenziya əldə etmək şansı da qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti