...

“Formula 1” pilotları Azərbaycan Qran-prisində daha güclü mühərriklərlə iştirak edəcək

İdman Materials 15 Aprel 2019 17:30 (UTC +04:00)
“Formula 1” “Red Bull” komandasının pilotları Pyer Qasli və Maks Ferstappen Azərbaycan Qran-prisində daha güclü mühərriklərlə təmin olunacaq
“Formula 1” pilotları Azərbaycan Qran-prisində daha güclü mühərriklərlə iştirak edəcək

Bakı. Trend:

“Formula 1” “Red Bull” komandasının pilotları Pyer Qasli və Maks Ferstappen Azərbaycan Qran-prisində daha güclü mühərriklərlə təmin olunacaq.

Trend-in məlumatına görə, yeni mühərriklər əvvəlkindən 20 at gücü daha qüvvətli olacaq və bolidin 0,2 saniyə daha sürətlə hərəkət etməsini təmin edəcək.

Qeyd edək ki, “Red Bull” bu mövsümdən əvvəl mühərrik istehsalçısı “Honda” ilə müqavilə imzalayıb. Bundan əvvəl “Red Bull” yarışlarda “Renault” mühərrikləri ilə çıxış edirdi.

Azərbaycan Qran-prisi aprelin 26-28-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti