...

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb (FOTO)

İdman Materials 26 Aprel 2019 17:07 (UTC +04:00)
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb.
Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb.

Trend-in məlumatına görə, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda iştirak edir.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Çarles Lekler, “Williams”ın heyətində Corc Russell və Ronert Kubitsa yarışırlar.

“Red Bull Racing” komandasında Ryer Qasli, Maks Ferstappen, “Raching Point”də Serxio Peres və Lens Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”də Antinio -Covinatsi, Kimi Raykonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər.

Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarını təmsil edirlər.

Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti