...

Rusiyalı gimnast növbəti qızıl medal qazanıb

İdman Materials 19 May 2019 17:54 (UTC +04:00)
Rusiyalı gimnast Dina Averina Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının lent ilə hərəkətlərdə qızıl medalını qazanıb
Rusiyalı gimnast növbəti qızıl medal qazanıb

Bakı. Cani Babayeva - Trend:

Rusiyalı gimnast Dina Averina Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının lent ilə hərəkətlərdə qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, o, finalda 20.400 bal toplayıb. Qeyd edək ki, öncə Dina Averina halqa ilə cıxışında da qızıl medal qazanıb.

İkinci yeri Rusiya təmsilçisi Aleksandra Soldatova tutub (20.300 bal), ücüncü yerdə Bolqarıstanlı idmançı Boryana Kaleyn (19.750 bal) qərarlaşıb.

Xatırladaq ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının final mərhələsinın yarışları davam edir.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti