...

"Minsk-2019": Bir güləşçimiz yarımfinalda, digəri mübarizəni dayandırıb (YENİLƏNİB)

İdman Materials 29 İyun 2019 14:26 (UTC +04:00)
Azərbaycanın iki yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında 1/4 final mərhələsində görüşünü keçirib.
"Minsk-2019": Bir güləşçimiz yarımfinalda, digəri mübarizəni dayandırıb (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycanın iki yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında 1/4 final mərhələsində görüşünü keçirib.

Trend-in məlumatına görə, İslam Abbasov (87 kq) macarıstanlı Viktor Lorinczə qalib gələrək (3:0) yarımfinala yüksəlib. O, yarımfinal mərhələsində xorvatiyalı İvan Hukleklə güləşəcək.

Görüş Bakı vaxtı ilə saat 19:00-da olacaq.

XXX

13:52

Azərbaycanın üç yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında 1/8 final görüşünü keçirib.

Trend-in məlumatına görə, 87 kq çəki dərəcəsində İslam Abbasov serbiyalı Nikolay Dobrevlə qarşılaşıb. 8:0 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi 1/4 finala yüksəlib. Növbəti mərhələdə onun rəqibi macarıstanlı Viktor Lurinczlə olacaq.

Orxan Nuriyev (97 kq) isə Avstriya təmsilçisi Daniel Qastla uduzub - 2:7.

Sabah Şəriəti (130 kq) xorvatiyalı Ante Milkoviçi 3:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda Gürcüstan təmsilçisi Yakob Kacaya ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti