...

"EYOF Bakı-2019": Arena mükəmməldir, rəqiblər çox güclüdürlər - britaniyalı məşqçi

İdman Materials 25 İyul 2019 02:58 (UTC +04:00)
XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində qızlar arasında idman gimnastikası üzrə yarışlarda rəqiblər çox yaşı hazırlaşıblar
"EYOF Bakı-2019": Arena mükəmməldir, rəqiblər çox güclüdürlər - britaniyalı məşqçi

Bakı. Trend:

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində qızlar arasında idman gimnastikası üzrə yarışlarda rəqiblər çox yaşı hazırlaşıblar. Bunu Trend-ə Böyük Britaniya yığmasının baş məşqçisi Devid Kenrayt deyib.

Onun sözlərinə görə, o, ilk dəfədir Bakıdadır və şəhər çox xoşuna gəlib. D.Kenrayt qeyd edib ki, burada insanlar çox xeyirxahdırlar: "Bizim heç bir problemimiz olmayıb. Atletlər özlərini rahat və təhlükəsizlikdə hiss edirlər. Bizim yığmamızı çox yaxşı dəstəklədilər".

D.Kenrayt əlavə edib ki, Beynəlxalq Gimnastika Federasiyası standartları yüksəltdikdən sonra idman gimnastikası çox dəyişib: "Bu dəyişikliklər gimnastikaya çox önəm verməyən ölkələr üçün çətinliklər yaratdı. Lakin bu gün yarışlarda iştirak edən çox yığmalar güclüdürlər. Ölkələrin idman gimnastikasını inkişaf etdirmək üçün hansı tədbirlərin görülməsinin lazım olduğunu başa düşmələri üçün vaxt lazımdır".

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü keçirilib.

İdman gimnastikası yarışlarının ikinci günündə qadın gimnastımız çoxnövçülük üzrə mübarizə aparıb. Yarışda Azərbaycanı Milana Minakovskaya təmsil edir.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti