...

"EYOF Bakı 2019"da qalib gəlmiş Ukrayna gimnastı: Qələbə çətin oldu

İdman Materials 25 İyul 2019 17:13 (UTC +04:00)
Qızıl medal qazandığım üçün çox şadam.
"EYOF Bakı 2019"da qalib gəlmiş Ukrayna gimnastı: Qələbə çətin oldu

Bakı. Cani Babayeva - Trend:

Qızıl medal qazandığım üçün çox şadam. Bunu Trend-ə "EYOF Bakı 2019"da idman gimnastikası yarışlarında yüksək kürsüyə qalxmış Ukrayna idmançısı İlya Kovtun deyib.

Qələbə çalmış gimnast bildirib: "Məşqçimlə bir yerdə bu medala doğru yarım il idi ki, hazırlaşırdıq və nəticə olacağına inanırdıq. Qələbə çətin oldu, güclü rəqiblər var idi. Rusiyadan, Rumıniyadan güclü rəqiblər var idi".

Gimnast əlavə edib ki, sabah sərbəst hərəkətlərdə finalda çıxış edəcək: "Ümid edirəm ki, yenə qızıl medal qazana biləcəyəm. Qeyd etməliyəm ki, yarışlar əla keçir. Bakıdakı Milli Gimnastika Arenası isə çox rahat və yaxşıdır, hər şey yüksək səviyyədə təşkil olunub".

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti