...

"Olimpiya Gənclər Festivalı"nda danimarkalı idmançı zədələndi

İdman Materials 26 İyul 2019 09:31 (UTC +04:00)
Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət olub.
"Olimpiya Gənclər Festivalı"nda danimarkalı idmançı zədələndi

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət olub.

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, müraciət edənlərdən biri 16 yaşlı Danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından Kliniki Tibbi Mərkəzə çatdırılıb. İdmançıya lazımi yardım göstərildikdən sonra buraxılıb.

Digər 3 nəfər müraciət edən şəxs yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşlar olub. Onların ikisi baş ağrısından, biri isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerində yardım göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti