Bakı. Trend:
Sentyabrın 19-da UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən “Qarabağ”- "Sevilya" oyunu başa çatıb.
Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qollar: Ernandes (62-ci dəqiqə), Munir (78-ci dəqiqə), Torres (85-ci dəqiqə).