...

Boyanka Kostova nüfuzlu beynəlxalq turnirin qalibi oldu

İdman Materials 2 Noyabr 2019 20:46 (UTC +04:00)
2-5 noyabr tarixlərində Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turniri keçiriləcək
Boyanka Kostova nüfuzlu beynəlxalq turnirin qalibi oldu

Bakı, Trend:

2-5 noyabr tarixlərində Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turniri keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Ölkəmizi qadınlarda Boyanka Kostova, kişilərdə isə Nailxan Nəbiyev təmsil edir.

Artıq ilk yarış günü arxada qalıb. Boyanka Kostova 59 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 215 kq (95+120) nəticə ilə bütün rəqiblərini qabaqlayıb və turnirin qalibi adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti