...

UEFA Çempionlar Liqası: “Atalanta” “Valensiya”nı, “Leyptsiq” “Tottenhem”i məğlub edib

İdman Materials 20 Fevral 2020 02:05 (UTC +04:00)
Fevralın 19-da UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib
UEFA Çempionlar Liqası: “Atalanta” “Valensiya”nı, “Leyptsiq” “Tottenhem”i məğlub edib

Bakı. Trend:

Fevralın 19-da UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, mərhələnin ikinci oyun günündə iki qarşılaşma baş tutub. “Atalanta” Milanda İspaniyanın “Valensiya” klubunu qəbul edib. Londondakı matçda isə “Leyptsiq” “Tottenhem”lə qarşılaşıb.

Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya) - 4:1

Qollar: Hans Hatebur (16; 63). Yosip İliçiç (42). Remo Froyler (58) - Denis Çerışev (66)

"Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya) - 0:1

Qol: Timo Verner (58)

Komandaların arasında cavab görüşləri martın 10-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti