...

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib (FOTO)

İdman Materials 21 Fevral 2020 16:04 (UTC +04:00)
19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.
FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib (FOTO)

Bakı. Trend:

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ümumilikdə çempionatda 18 komandadan 75-ə yaxın idmançı iştirak etib. Yüz və min metr məsafəyə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri FHN-in Bakı Regional Mərkəzi, üçüncü yeri isə Gəncə Regional Mərkəzi komandası tutub.

Şəxsi göstəricilərə görə isə birinci yerə Pərviz Babayev (Xüsusi Riskli Xilasetmə Xidməti), ikinci yerə Vladislav Hacıbalayev (Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti), üçüncü yerə Elmir Əhədov (Muğan Regional Mərkəzi) layiq görülüb.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə daha yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb. Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalib gələn idmançılara uğurlar arzulayıb.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti