...

MOK Tokio Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımıza tövsiyələr verib

İdman Materials 29 Aprel 2020 11:07 (UTC +04:00)
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Huseynzadənin rəhbərliyi ilə MOK-un iclası keçirilib.
MOK Tokio Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımıza tövsiyələr verib

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə iclas keçirilib.

MOK-dan Trend-ə verilən məlumata görə, iclasda karantin dövründə Komitənin həyata keçirdiyi işlər və planlaşdırılan məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zaman bildirilib ki, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq, Tokio Olimpiya Oyunlarında iştirak üçün hazırlığın ən yüksək pilləsinə çatan idmançılarımızın formada qalmaları məqsədilə ilkin mərhələrədə onlara ev şəraitində məşqləri davam etdirmək tövsiyə olunub və tezliklə atletlərimizin səhhətinin yoxlanılaraq nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi üzərində işlər aparılıb.

Karantin dövründə MOK tərəfindən idmançılarımızın psixoloji vəziyyətləri və ruh yüksəkliyinin saxlanması istiqamətində atılan bir sıra addımlar da nəzərdən keçirilib. Komitənin mətbuat xidmətinin məlumatına görə, post-karantin dovründə MOK-un fəaliyyəti, xüsusilə Tokio 2020 Oyunlarına hazırlıqla əlaqadar ümumi müzakirə aparılıb.

Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələrinin karantin ve post-karantin dövrü üçün tövsiyə və təlimatları ətrafında danışılaraq qarşıda duran məsələlərlə bağlı tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti