Bakı. Trend:
İspaniyanın "Barselona" futbol klubu baş məşqçi Kike Setyeni istefaya göndərəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Sky Sports" jurnalisti Fabritsio Romano deyib.
Onun sözlərinə görə, bu barədə qərar "Barselona"nın UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya 8:2 hesabı ilə uduzmasından sonra qəbul edilib: "O növbəti mövsüm məşqçi olmayacaq".