Bakı. Trend:
İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Kike Setyen istefaya göndərilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Barselona"nın prezidenti Xosep Bartomeu deyib.
X.Bartomeu bildirib: "Setyen istefaya göndərilib".
Xatırladaq ki, avqustun 14-ü "Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində 2:8 hesabı ilə Almaniyanın "Bavariya" klubuna məğlub olub.