...

"Sevilya" 6-ci dəfə UEFA Avropa Liqasının qalibi olub

İdman Materials 22 Avqust 2020 02:35 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün final görüşündə İtaliyanın “İnter” klubu İspaniyanın “Sevilya” komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda baş tutan görüş “Sevilya” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qolları “Sevilya”nın heyətində Luk de Yonq (2), Dieqo Karlos, “İnter”in isə Romelu Lukaku və Dieqo Qodin vurublar.

Beləliklə, “Sevilya” finalda qalib gələrək tarixində 6-ci dəfə UEFA Avropa Liqasının qalibi olub. Komanda bu günə kimi beş dəfə - 2006-cı, 2007-ci, 2014-cü, 2015-ci, 2016-cı illərdə finalda qalibi gəlib.

Xatırladaq ki, “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu (2:1), “İnter” isə Ukraynanın “Şaxtyor Donetsk” komandasını (5:0) məğlub edərək finala vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti