...

Useyn Bolt koronavirusa yoluxub

İdman Materials 25 Avqust 2020 11:19 (UTC +04:00)
Useyn Bolt koronavirusa yoluxub

Bakı. Trend:

Keçmiş yüngül atlet, qaçış üzrə dünya rekordçusu Useyn Bolt koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə Yamaykanın Səhiyyə Nazirliyi açıqlama verib.

Qeyd olunur ki, yamaykalı ulduzun koronavirus testi müsbət nəticələnib. Nəticə məlum olduqdan sonra U.Bolt özünütəcrid rejiminə keçdiyini bildirib.

U.Boltun bir neçə gün əvvəl 34-cü doğum gününü qeyd etdiyi təmtəraqlı məclisdən sonra yoluxduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti