...

Mirançuk 14,5 milyon avroya "Atalanta"ya transfer edilib

İdman Materials 29 Avqust 2020 05:57 (UTC +04:00)
Mirançuk 14,5 milyon avroya "Atalanta"ya transfer edilib

Bakı. Trend:

"Lokomotiv" futbol klubunun rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk İtaliyanın "Atalanta" klubuna transfer olub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, "Sky Sports" telekanalının jurnalisti Fabrisio Romano bu barədə xəbər yayıb.

Onun sözlərinə görə, razılaşma başa çatıb. Tərəflərin bütün lazımi sənədləri tərtib etməsi qalır, bundan sonra keçid rəsmi olaraq elan ediləcək. "Atalanta" 24 yaşlı oyunçu üçün "Lokomotiv"ə 14,5 milyon avro ödəyəcək.

Hazırda Mirançuk zədəlidir. Yeni mövsümdə oyunçu Russiya Premyer Liqasındada 5 oyun keçirib, iki qol vurub və bir faydalı ötürmə, keçən mövsümdə isə yarımmüdafiəçi müxtəlif turnirlərdə 30 oyuna çıxıb, 14 qol vurub və beş faydalı ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti