...

Hacı Əliyev dünya kubokunun yarımfinalında

İdman Materials 17 Dekabr 2020 17:32 (UTC +04:00)
Hacı Əliyev dünya kubokunun yarımfinalında

Bakı. Trend:

Azərbaycanın sərbəst güləşçisi, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) Serbiyada keçirilən fərdi dünya kubokunda yarımfinala vəsiqə qazanıb.

Trend xəbər verir ki, səkkizdəbir finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidova qalib gələn güləşçimiz dörddəbir finalda qırğızıstanlı Arnazar Ekmatalıyevi məğlub edərək növbəti mərhələyə yüksəlib.

Yarımfinalda güləşçimiz macar İsmail Musukayev ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti