...

"Liverpul" Almaniyaya "Leypsiq"lə oyuna buraxılmadı

İdman Materials 5 Fevral 2021 03:05 (UTC +04:00)
"Liverpul" Almaniyaya "Leypsiq"lə oyuna buraxılmadı

Bakı. Trend:

İngiltərənin "Liverpul" futbol klubu Çempionlar Liqasında "Leypsiq"lə oyunu üçün Almaniya səlahiyyətlilərindən razılıq ala bilməyib.

Trend TASS-a istinadən xəbər verir ki, görüşünün 16 fevral tarixində keçirilməsi planlaşdırılırdı.

Bildirilir ki, 17 fevrala qədər Almaniyaya koronavirusun yeni ştammına yoluxma hallarının aşkar edilən ölkələrdən giriş qadağası var.

Daha əvvəl "Liverpul" alman səlahiyyətlilərinə komandaya istisna olaraq ölkəyə girmə hüququ verilməsi ilə əlaqədar müraciət edib.

Xatırladaq ki, matçın cavab görüşü 10 mart tarixində keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti