Bakı. Trend:
Fevral ayının 26-27 də Latviyanın Riqa şəhərində keçirilən üzgüçülük üzrə Tokio 2021 Yay olimpiya oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda Azərbaycan idmançıları 4 qızıl, 4 gümüş, 4 bürünc medal qazanmaqla yüksək nəticə göstərib.
Bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı verib. Onun sözlərinə görə Federasiya pandemiya dövründə quru məşqlərin davam etdirməsi, mütəmadi olaraq xaricdə keçirilən təlim məşq toplanışlarında milli komandanın iştiraklarının təmin edilməsindən sonra bu özünü yüksək nəticələrlə sıçrayışla bu mötəbər turnirdə göstərdi.
“"97th Latvian Open 2021" beynəlxalq turniri lisenziya xarakterli olduğundan çox əhəmiyyətli idi. Bu yarışda üzgüçüləriz Maksim Şemberyev 400 m qarışıq üsul və 1500 metr sərbəst üsulla üzmədə kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal, Fatimə Alkərəmova isə 400 və 800 metr məsafədə sərbəst üsulla üzmə yarışlarında rəqiblərindən birinci olub və 2 qızıl medal qazanıblar” deyə Fərid Bənənyarlı bildirib.
Federasiya rəsmisinin sözlərinə görə bu beynəlxalq turnirdə üzgüçülərimizdən Ramil Vəlizadə 200 m batt, Əbdurahmanlı Selcan 400 və 800 metr sərbəst usulla üzmədə, Kələntarova Ayanisə 400 metrdə qarışıq usulla üzmədə 2 ci yerləri tutaraq bürünc medala sahib olublar. Ramil Vəlizadə bu göstərici ilə 2022-ci ildə Yaponiyanın Fukauka şəhərinde keciriləcək Üzgüçülük üzrə Dunya Çempionatina vəsiqə qazanıb. Üzgüçülərimizdən Vəli İsrafilov 200 metri brass üsulu ilə üzmədə, Şeixalizadəhanqah Məryəm isə 100 metr məsafəni batt üsulu ilə qzmədə 3-cü yerlə, bürünc medalla kifayətləniblər. Ümumilikdə bu beynəlxalq turniyə 12 idmançı ilə qatılan milli komandamız 10 medal qazanıb.
Bu yarışda həm də Selcan Əbdurahmanlı 800 metr sərbəst üsulda, Maksim Vorontsov 1500 metr sərbəst üsulda, Ayan Kələntərova isə 400 metr qarışıq üsulda Idman Ustasi normativini yerine yetiriblər.
“Bu nəticələr bu gün pandemiya şəraitində çox böyük sıçrayış hesab olunur. Bildiyiniz kimi uzun müddət milli komandamız yalnız quru məşqlərlə kifayətlənməli oldu. Sonradan federasiyanın və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə səyi nəticəsində üzgüçülərimiz müxtəlif beynəlxalq təlim məşq toplanışlarında iştirak etdilər. Son belə toplantı isə fevral ayının 7-dən Türkiyənin Türkiyənin Ərzurum şəhərində beynəlxalq yüksək dağlıq təlim məşq toplaşınışında reallaşdı. Bu toplanışda Türkiyənin ən güclü klubları Qalatasaray, Fənərbaxça, MK, Macar yığması, Niderland yığması iştirak edirdi. 18 gün keçən təlim məşq toplanışından sonra komanda bu Latviyadakı beynəlxalq yarışa qatıldı və nəticə çox qənaətbəxdir” deyə Fərid Bənənyarlı əlavə edib.