Bakı. Trend:
"Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştiani Ronaldu İtalya Futbol Assosiasiyasının versiyasına görə 2019/20 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, ötən mövsümün ən yaxşı futbol klubu "Atalanta", kluba rəhbərlik edən Can Pyero Qasperini isə ən yaxşı məşqçi seçilib.
Qeyd edək ki, K.Ronaldu ötən müvsüm ərzində "Yuventus"un heyətində keçirdiyi 33 oyunda 31 qol vurub və 6 qol ilə nəticələnən ötürmə edib.