...

Gimnastımız Selcan Maqsudova Avropa çempionatının yarımfinalına çıxıb

İdman Materials 30 Aprel 2021 21:27 (UTC +04:00)
Gimnastımız Selcan Maqsudova Avropa çempionatının yarımfinalına çıxıb

Bakı. Cani Babayeva - Trend:

Gimnastımız Selcan Maqsudova Soçidə keçirilən batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında batut gimnastikasının fərdi proqramında yarımfinalına çıxıb.

Trend-in məlumatına görə, yarışın ikinci günündə proqramı təqdim edən Selcan Maqsudova, böyük idmançılar arasındakı təsnifat mərhələsində dördüncü yeri tutaraq hakimlərdən 101.135 bal aldı.

Bu gün həmçinin gənclər yaş qrupunda idmançılarımızın tamblinq üzrə çıxışı olub: Bilal Qurbanov - 61,400 xal (12-ci yer), Adil Hacızadə - 61.400 xal (13-cü yer), Hüseyn Əsədullayev - 60.400 xal (14-cü yer) və Tofiq Əliyev - 49.200 xal (17-ci yer).

Soçidə keçirilən batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı 29 aprel - 2 may 2021-ci il tarixinədək davam edir. Burada dünyanın 23 ölkəsindən idmançılar iştirak edirlər.

Azərbaycanı çempionatda Nicat Mirzəyev, Hüseyn Abbasov, Maqsud Maqsudov, Selcan Maqsudova, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev, Mixail Malkin təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti