...

Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb

İdman Materials 15 May 2021 00:51 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli müəyyənləşib.

Trend-in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumatına görə, görüşlər mayın 19-da keçiriləcək. "Neftçi" və "Qarabağ" komandaları arasındakı çempionluq qarşılaşması Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da baş tutacaq və saat 20:30-da başlanacaq. Qalan 3 görüş isə daha erkən - saat 18:00-da start götürəcək.

Azərbaycan Premyer Liqası, XXVIII tur, 19 may:

18:00. “Səbail” – “Sumqayıt”
“ASCO Arena” (canlı/Pfl.az)

18:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena” (canlı/”CBC/Sport”)

18:00. “Keşlə” – “Qəbələ”
“ASK Arena” (canlı/Pfl.az)

20:30. “Neftçi” – “Qarabağ”
“Dalğa Arena” (canlı/”CBC/Sport”).

Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti