...

İdmançılarımız bədii gimnastika üzrə Avropa çempionatının iki finalına çıxıblar

İdman Materials 12 İyun 2021 21:29 (UTC +04:00)
İdmançılarımız bədii gimnastika üzrə Avropa çempionatının iki finalına çıxıblar

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan komandası Varna şəhərində (Bolqarıstan) keçirilən bədii gimnastika üzrə 37-ci Avropa çempionatının qrup hərəkətləri üzrə iki finalına çıxıblar.

Komandanın tərkibində Ləman Əlimuradova, Zeynəb Hüümətova, Elizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokina çıxış ediblər.

Azərbaycan komandası finala beş topla hərkətlərlə 41.750 bal toplayaraq və yeddinci yeri tutaraq yüksəliblər.

Həmçinn komandamız üç halqa və iki tay gürzlə kompozisiyaya görə dördüncü yeri tutaraq və 40.475 bal toplayaraq finala çıxıblar.

Çoxnövlükdə Azərbaycan komandasının nəticəsi 82.225 bal olub (yeddinci yer).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti