...

Şahmatçımız Avropa çempionatında üçüncü qələbəsini qazanıb

İdman Materials 12 Avqust 2021 01:36 (UTC +04:00)
Şahmatçımız Avropa çempionatında üçüncü qələbəsini qazanıb

Bakı. Trend:

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının üçüncü turunun oyunları keçirilib.

Trend xəbər verir ki, şahmatçılarımızdan Günay Məmmədzadə qitə çempionatında üçüncü qələbəsini qazanıb. Digər təmsilçilərimiz Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova 3 turda 2 xal toplayıblar. Türkan Məmmədyarova, Xəyalə Abdulla 1,5, Ayan Allahverdiyeva, Nəsrin Babayeva, Zeynəb Məmmədyarova 1 xala malikdirlər.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti