...

Azərbaycan millisi dünya çempionatında 4-cü oldu

İdman Materials 19 Avqust 2021 00:47 (UTC +04:00)
Azərbaycan millisi dünya çempionatında 4-cü oldu

Bakı. Trend:

Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında sərbəst güləş üzrə yarış başa çatıb.

Trend-in məlumatına görə,turnirə 9 idmançı ilə yollanan Azərbaycan millisinin 5 üzvü fəxri kürsüyə qalxıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb.

Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında dünya çempionatında iştirak edən komanda yekunda 122 xal toplayaraq dünyada 4-cü yeri tutub. İlk "3-lük"də İran(178), Rusiya (142) və ABŞ (129) yer alıb.

Qeyd edək ki, sərbəst güləş üzrə yığma medalların sayına son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. Sərbəst güləşçilər sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında 5 medal əldə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti