...

Kamavinqa ispan "Real"ına keçdi

İdman Materials 31 Avqust 2021 22:51 (UTC +04:00)
Kamavinqa ispan "Real"ına keçdi

Bakı. Trend:

Futbolçu Eduardo Kamavinqa Fransanın "Renn" klubundan İspaniyanın "Real" komandasına transfer edilib.

Trend xəbər verir ki, bu barədə Madrid komandasının mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2027-ci ilin iyuluna qədər imzalanıb. Transfer məbləği 30 milyon avro təşkil edib.

Kamavinqa "Renn"də bütün turnirlərdə 88 matç keçirib, 2 qol vurub və 5 faydalı ötürmə verib. Fransa millisinin əsas heyətində isə 3 oyun keçirib və 1 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti