Bakı. Humay Ağacanova - Trend:
Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib.
Trend-in məlumatına görə, bu barədə "Neftçi" klubu məlumat yayıb. M.Babayev 86 yaşında dünyasını dəyişib.
Klub sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığı verib