...

Xarici azarkeşlər "Pekin-2022" Qış Olimpiya Oyunlarına buraxılmayacaqlar

İdman Materials 30 Sentyabr 2021 07:36 (UTC +04:00)
Xarici azarkeşlər "Pekin-2022" Qış Olimpiya Oyunlarına buraxılmayacaqlar

Bakı. Trend:

"Pekin-2022" Qış Olimpiya Oyunları çərçivəsində yarışlara bilətləri yalnız Çinin qitə hissəsinin sakinləri ala biləcəklər.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytında bildirilir.

Məlumata əsasən, ölkə hakimiyyəti yarışlara xarici azarkeşləri buraxmamaq qərarına gəlib. Yarışlara baxmaq istəyən idmansevərlər koronavirusa qarşı protokolların tələblərinə cavab verməli olacaqlar. Protokolların ətraflı müddəaları daha sonra formalaşdırılacaq.

Qeyd edək ki, "Pekin-2022" Qış Olimpiya Oyunları 4-20 fevral tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti