...

Güləşçimiz Abubakr Abakarov dünya çempionatında bürünc medal qazanıb

İdman Materials 4 Oktyabr 2021 00:58 (UTC +04:00)
Güləşçimiz Abubakr Abakarov dünya çempionatında bürünc medal qazanıb

Bakı. Trend:

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Trend-in məlumatına görə, çempionatda 86 kiloqram çəki dərəcəsində çıxış edən A.Abakarov almaniyalı Ahmed Dudarov, ukraynalı Məhəmməd Əliyev və Gürcüstan idmançısı Sandro Aminaşvilini məğlub edərək yarımfinala yüksəlib. Növbəti mərhələdə təmsilçimiz ABŞ idmançısı Deyvid Teylor ilə üz-üzə gəlib. Güləşçimiz son Olimpiya çempionuna məğlub olub.

Oktyabrın 3-də bürünc medal uğrunda görüşdə təmsilçimiz Boris Makoyeva (Slovakiya) qalib gələrək dünya çempionatını üçüncü pillədə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti