...

"Real"ın Mbappe və Holandı transfer edəcəyi vaxt açıqlandı

İdman Materials 1 Yanvar 2022 06:45 (UTC +04:00)
"Real"ın Mbappe və Holandı transfer edəcəyi vaxt açıqlandı

Bakı. Trend:

İspaniyanın "Real" (Madrid) futbol klubu PSJ-nin hücumçusu Killian Mbappe və "Borussiya"nın forvardı Erlinq Holandı yayda transfet etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə mənəbələrə istinadən "ESPN" xəbər verir.

Məlumata əsasən, kral klubu "Barselona"nın maliyyə böhranından istifadə edərək dünyanın ən yaxşı forvardlarından ikisini transfer etmək istəyir.

Qeyd edək ki, K.Mbappe 2017-ci ildə "Monako"dan PSJ-yə keçib. PSJ-nin heyətində fransalı hücumçu üç dəfə (2017/18, 2018/19, 2019/20) ölkə çempionatının, iki dəfə (2017/18, 2019/20) Liqa Kubokunun, bir dəfə (2019, 2020) ölkə Superkubokun, həmçinin üç dəfə (2017/18, 2019/20, 2020/21) Fransa Kubokunun qalibi olub.

E.Holand 2019/20 mövsümündən Dortmund "Borussiya"sının heyətində çıxış edir. Norveçli forvard 52 oyunda iştirak edib. Bu oyunlarda futbolçu 50 qol vurub və 13 qol ilə nəticələnən pas verib. E.Holand "Borussiya"ya "Red Bull Zalsburq"dan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti