...

PSJ-nin qapıçısı koronavirusa yoluxub

İdman Materials 4 Yanvar 2022 20:55 (UTC +04:00)
PSJ-nin qapıçısı koronavirusa yoluxub

Bakı. Trend:

Fransanın PSJ futbol klubunun italiyalı qapıçısı Canluici Donnarumma koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, qolkiper hazırda özünü təcrid edib.

Qeyd edək ki, 22 yaşlı italiyalı qapıçı PSJ-nin heyətində 11 oyun keçirib. O Fransa klubuna yayda İtaliyanın "Milan" klubundan transfer olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti