...

Çempionlar Liqası: "Bavariya" "Zaltsburq"u darmadağın edərək 1/4 finala yüksəlib

İdman Materials 9 Mart 2022 02:25 (UTC +04:00)
Çempionlar Liqası: "Bavariya" "Zaltsburq"u darmadağın edərək 1/4 finala yüksəlib

Bakı. Trend:

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Bavariya" öz meydanında "Zaltsburq"u qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Bavariya"nın heyətində qolları R.Levandovski (12, 21 və 23-cü dəqiqələr), S.Qnabri (31), T.Müller (54, 83), L.Sane (85) vurublar. Qonaqların yeganə qolunu 70-ci dəqiqədə M.Kyerqor vurub.

Beləliklə, iki oyunun nəticəsində görə (ilk oyun 1:1 hesablı heç-heçə ilə bitib) "Bavariya" turnirin 1/4 final mərhələsinə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti