...

Kikbokçumuz erməni idmançıya qalib gələrək WJF kəmərinə sahib çıxıb

İdman Materials 13 Mart 2022 14:08 (UTC +04:00)
Kikbokçumuz erməni idmançıya qalib gələrək WJF kəmərinə sahib çıxıb

Bakı. Trend:

Azərbaycan milli komandasının kikboksçusu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Kikboksinq Federasiyasından bildirilib.

Məlumata əsasən, 57 kiloqram çəki dərəcəsindəki çıxış edən təmsilçimiz döyüşdə erməni əsilli Gürcüstan idmançısı Gela Xojeliana qalib gəlib.

Qeyd edək ki, Məhəmməd İmanov gənclər arasında WAKO Avropa birinciliyinin qalibi, böyüklər arasında dünya çempionatının gümüş medalçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti