...

Akrobatika gimnastikası üzrə qarışıq cütlüklər, qadınlar və kişilər qrupları arasında mükafatlandırma mərasimi keçirilib (FOTO)

İdman Materials 13 Mart 2022 19:46 (UTC +04:00)
Akrobatika gimnastikası üzrə qarışıq cütlüklər, qadınlar və kişilər qrupları arasında mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Martın 13-də Milli Gimnastika Arenasında Akrobatika gimnastikası üzrə qadın və kişi qrupları arasında temp hərəkətləri proqramı üzrə, həmçinin balans hərəkətləri proqramında qarışıq cütlüklər arasında 28-ci dünya çempionatının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, temp hərəkətləri proqramında qadın qrupları arasında fəxri kürsünün birinci pilləsində Belçika idmançıları qərarlaşıb, ikinci yeri Portuqaliya üçlüyü, üçüncü yeri isə İsraili təmsil edən qadınlar tutub.

Balans hərəkətləri proqramında qarışıq cütlüklər arasında Belçika idmançıları Bram Röttqer və Helena Heyens qızıl, Nataşa Hatçinson və Dylan Hauells (Böyük Britaniya) dueti gümüş, Daniel Blintsov və Pia Schutze (Almaniya) bürünc medallara sahib olublar.

Temp hərəkətləri proqramında kişi qrupları arasında Böyük Britaniyanı təmsil edən qrup birinci, İsrail idmançıları ikinci, Belçikanı təmsil edən qrup üçüncü yerdədir.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətləri təqdim edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti