...

Yeniyetmə cüdoçularımız Fransada Avropa kuboku yarışının ilk günündə 7 medal qazanıblar

İdman Materials 24 Aprel 2022 06:19 (UTC +04:00)
Yeniyetmə cüdoçularımız Fransada Avropa kuboku yarışının ilk günündə 7 medal qazanıblar

Bakı. Trend:

Fransanın Strasburq şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışının birinci günündə komandamız uğurla çıxış edərək biri qızıl, ikisi gümüş, 4-ü bürünc olmaqla, 7 medal qazanıb.

Trend xəbər verir ki, cüdoçularımızdan Nizami İmranov (60 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Məhəmməd Musayev (55 kq) və Nicat Nağıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar. Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Əbil Yusubov (66 kq), Xalid Məmmədov (50 kq) isə üçüncü yeri tutublar.

Bu nəticə ilə Azərbaycan komandası ümumi hesabda ikinci pillədə qərarlaşıb.

Aprelin 24-də yekunlaşacaq Avropa kuboku turnirində 20 ölkədən 366-ya yaxın cüdoçu mübarizə aparır. Azərbaycan yarışda, ümumilikdə 18 idmançı ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti