...

İspaniyalı futbolçu dörd il müddətində azadlıqdan məhrum edilib

İdman Materials 4 May 2022 13:20 (UTC +04:00)
İspaniyalı futbolçu dörd il müddətində azadlıqdan məhrum edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyalı futbolçu, "Selta" (Viqo) klubunun hücumçusu Santi Mina məhkəmənin hökmü ilə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, futbolçu 2017-ci ilin iyununda gənc qadına qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.

Prokurorluq S.Mina üçün səkkiz il müddətinə həbs cəzası tələb edirdi.

Bundan başqa, futbolçu 50 min avro məbləğində təzminatla cəzalandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti