...

“Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın qalibi olub

İdman Materials 22 May 2022 00:44
“Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın qalibi olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin “Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün çempionu olub.

Trend xəbər verir ki, Serbiyanın paytaxtı Belqraddakı “Stark Arena”da keçirilən final matçında “Anadolu Efes İspaniyanın “Real Madrid” klubunu 58-57 hesabı ilə məğlub edib.

Bununla da “Anadolu Efes” ardıcıl iki mövsüm Avropa basketbolunun bir nömrəli kubokuna yiyələnib.

Yunanıstanın “Olimpiakos” klubundan 84-74 hesabı ilə üstün olan İspaniyanın “Barselona” klubu isə mövsümü üçüncü pillədə tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti