...

Formula 1 pilotları Azərbaycan Qran-prisini səbirsizliklə gözləyir - Qərb mətbuatı

İdman Materials 7 İyun 2022 21:00 (UTC +04:00)
Formula 1 pilotları Azərbaycan Qran-prisini səbirsizliklə gözləyir - Qərb mətbuatı
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 pilotları və komandaları Azərbaycan Qran-prisini səbirsizliklə gözləyir.

Trend-in "McLaren" komandasının mətbuat xidmətinə istinadən məlumatına görə, bu fikirləri komandanın pilotları Lando Norris və Daniel Rikkardo səsləndirib.

D.Rikkardo Bakı trasının pərəstişkarı olduğunu bildirib.

"Bakı trasının bir neçə maraqlı xüsusiyyəti var. Hər zaman döngələrdən əvvəl maraqlı mübarizə gedir, bəzən hətta üç bolid yan-yana hərəkət edir. Bu həftəsonu strategiya baxımından bir neçə üsuldan istifadə edə bilərik, amma trasdakı mövqedən çox şey asılı olacaq", - deyə o bildirib.

Onun komanda yoldaşı L.Norris də Bakıda çıxış etməkdən məmnun olduğunu deyib.

"Mən burada hər iki iştirakımda yarışı xallarla bitirmişəm. Ümid edirəm ki, bu ənənəni bu il də davam etdirəcəm.

Eyni zamanda, "Haas" komandasının pilotu Kevin Maqnussen "Motorsportweek" nərşinə açıqlamasında Bakı trasının xüsusiyyətlərini vurğulayıb.

"Haas"ın rəhbəri Günter Ştayner isə Bakı trasının uzun müddət Formula 1-də qalacağını deyib.

"Bakı haqqında ilk təəssüratım yadımdadır. Bu gözəl şəhər və tras heyrətləndirdi. Əvvəl mən Bakı haqqında heç nə bilmirdim, indi isə fikirləşirəm ki, bu tras Formula 1 təqvimində uzun müddət qalacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti